image-sergen-yalcin-derbi-sonrasi-ik-19722618-5770_2_mbackend

Sergen Yalçın derbi sonrası sərt addım atdı: İki futbolçu GEDİR

Beşiktaşın baş məşqçisi Sergen Yalçın, Fənərbaxça ilə keçirilən derbi matçından sonra iki futbolçunu gələcək sezonun planlamasından çıxarıb. Performanslarından razı qalmayan Yalçın, Gökhan Sazdağı və Vilfred Ndidi üçün sərt qərar verib.

Referans Media xəbər verir ki, ikinci hissənin başında oyuna daxil olan Gökhan Sazdağı, derbi boyunca 9 top itkisi ilə bu sezon Süper Liqdə bir oyunda ən çox top itirən oyunçu rekorunu qırıb. O, matçda 56-cı dəqiqədə öz qapısına qol vurub, lakin VAR araşdırması nəticəsində gol ofsayt səbəbi ilə sayılmayıb.

Gökhanın pas və mövqe səhvləri, komandanın müdafiədə çətin anlar yaşamasına səbəb olub və həm azarkeşlərin, həm də baş məşqçinin sərt tənqidinə tuş gəlib.

Fənərbaxça qarşısında gözlənilən performansı nümayiş etdirə bilməyən Vilfred Ndidi də gələcək sezon planlamasında yer almayan futbolçular arasında olub.

Sergen Yalçının bu addımı, komandanın gələcək sezon üçün strategiyasını formalaşdırmaq məqsədilə atılmış sərt, lakin nəticəyə yönəlmiş bir qərar kimi dəyərləndirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki