Şok araşdırma: Ananın stressi körpənin diş inkişafına təsir edir

Aparılan yeni araşdırma hamiləlik dövründə yaşanan yüksək stressin körpələrin inkişafına təsir göstərə biləcəyini ortaya qoyub. Mütəxəssislər bildirirlər ki, xüsusilə hamiləliyin son aylarında yüksək stress hormonu – kortizola məruz qalan anaların körpələrində süd dişləri normadan daha tez çıxa bilər.

Rochester Universiteti tərəfindən aparılan araşdırmada 142 hamilə qadının hormon səviyyələri araşdırılıb. Doğulan körpələrin isə ilk iki il ərzində diş inkişafı izlənilib.

Tədqiqatın nəticələrinə görə, kortizol səviyyəsi yüksək olan anaların körpələrində 6-cı ayda digər körpələrə nisbətən orta hesabla 4 diş daha çox çıxıb.

Mütəxəssislər qeyd edirlər ki, kortizol yalnız stress hormonu deyil, həm də sümük və diş inkişafına təsir edən amillərdən biridir. Araşdırmaya görə, yüksək stress dölün inkişafına və kalsium, D vitamini kimi maddələrin mübadiləsinə təsir göstərə bilər.

Alimlər vurğulayırlar ki, hamiləlik dövründə stressin idarə olunması həm ana, həm də körpənin sağlam inkişafı üçün böyük əhəmiyyət daşıyır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki