Süni intellekt məhkəmədə ilk qələbəsini qazandı

Böyük Britaniya məhkəmə sistemində ilk dəfə olaraq süni intellekt tərəfindən tam formalaşdırılmış hüquqi müdafiə taktikası və sənədləşməsi məhkəmədə uğurla nəticələnib. London Ali Məhkəməsində keçirilən prosesdə hakim süni intellektin hazırladığı hüquqi arqumentləri əsas gətirərək iddiaçının xeyrinə qərar çıxarıb.

Referans Media  xəbər verir ki, bu barədə məlumat Böyük Britaniyanın rəsmi hüquq jurnallarında dərc olunub.

Məlumata görə, kommersiya mübahisəsi ilə bağlı aparılan məhkəmə işində hüquq şirkəti sənədlərin analizini, presedentlərin (əvvəlki məhkəmə qərarlarının) araşdırılmasını və yekun müdafiə mətninin tərtibatını tamamilə xüsusi süni intellekt proqramına həvalə edib. Süni intellekt minlərlə səhifəlik qanunvericilik aktını və keçmiş məhkəmə işlərini cəmi bir neçə dəqiqə ərzində təhlil edərək, qarşı tərəfin iddialarını alt-üst edən mükəmməl hüquqi strategiya ortaya qoyub.

Hakimlər heyəti heyran qaldı

Məhkəmə prosesinə sədrlik edən hakim qərarı elan edərkən bildirib ki, iddiaçı tərəfin təqdim etdiyi hüquqi əsaslandırma olduqca dəqiq, məntiqi və qüsursuz hazırlanıb. Müdafiə mətninin süni intellekt tərəfindən yazıldığı bəyan edildikdən sonra bu hadisə ölkənin hüquq elitasında böyük rezonans doğurub.

Hüquq ekspertləri bu hadisəni "mühafizəkar İngiltərə məhkəmə sistemində yeni eranın başlanğıcı" kimi qiymətləndirirlər. Bildirilir ki, bu uğurlu təcrübə gələcəkdə vəkillərin işini yüngülləşdirməklə yanaşı, məhkəmə proseslərinin daha sürətli yekunlaşmasına şərait yaradacaq./Bizim.Media


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki