9 iyula qədər 4 bürc üçün şanslı dövr başlayır - Sevgi və pul axını...

9 iyula qədər davam edəcək astroloji dövrdə Veneranın Şir bürcünə keçməsi ilə bir çox bürclər üçün həm sevgi, həm də maliyyə sahəsində güclü dəyişikliklər gözlənilir.

Referans Media xəbər verir ki, astroloqların sözlərinə görə, bu keçid dövrü xüsusilə 4 bürc üçün yüksək cazibə, cəsarətli münasibətlər və yeni maliyyə imkanları ilə yadda qalacaq.

Həmin bürcləri təqdim edirik:

Şir

Şir bürcləri üçün ilin ən parlaq dövrlərindən biri başlayır. Diqqət mərkəzinə düşmək, romantik jestlər və güclü münasibətlər ön plana çıxır. Eyni zamanda karyera və maliyyə sahəsində də yeni fürsətlər yarana bilər.

Dolça

Dolçalar üçün münasibətlərdə daha sabit və uzunmüddətli mərhələ başlayır. Bu dövr emosional bağlılıqların güclənməsi və daha sağlam əlaqələrin qurulması ilə seçilir.

Qoç

Qoçlar üçün isə enerji və özünəinam artır. Sevgi həyatında romantika güclənir, həmçinin, münasibətlərdə yeni başlanğıclar mümkündür. Maliyyə sahəsində də cəsarətli addımlar ön plana çıxır.

Xərçəng

Xərçənglər üçün maddi qazanc dövrü başlayır. Maaş artımı, bonus və ya yeni iş təklifi ehtimalı yüksəkdir. Lakin impulsiv xərclərə diqqət etmək tövsiyə olunur./publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki