Suriyada partlayış oldu - Ölənlər və yaralananlar var

Suriyanın şimal-qərbindəki silah anbarında baş verən partlayış nəticəsində ən azı dörd nəfər ölüb, 10 nəfər yaralanıb.

Referans Media  xəbər verir ki, partlayış İdlib əyalətinin Sarmada şəhəri yaxınlığında baş verib. Hadisənin səbəbi hələlik müəyyən edilməyib.

SANA agentliyinin məlumatına görə, anbarda 2011-ci ildən 2024-cü ilə qədər ölkədə davam edən üsyan və vətəndaş müharibəsindən qalan silah və sursat olub./"Unikal"/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki