Azərbaycana idxal edilən şərab üçün gömrük rüsumu dəyişib

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.

Referans Media-nın xəbərinə görə, qərara əsasən, ölkəyə idxal ediləm şərab üçün idxal gömrük rüsumu 31 dekabr 2030-cu il tarixinədək 15%, lakin 1 litrinə 3,0 ABŞ dollarından az olmamaqla tətbiq ediləcək.

Hazırda ölkəyə idxal edilən şərabların 1 litri üçün 1,4 ABŞ dolları alınır.

Spirtin faktiki qatılığı 18 həcm % və ya daha az olan şərablar üçün də dekabr 2030-cu il tarixinədək 15%, lakin 1 litrinə 2,0 ABŞ dollarından az olmamaqla tətbiq ediləcək. Hazırda ölkəyə idxal edilən spirtin faktiki qatılığı 18 həcm % və ya daha az olan şərablar 1 litri üçün 1 ABŞ dolları alınır.

Hazırda idxal gömrük rüsumu tətbiq edilməyən qıcqırma prosesində olan və ya qıcqırması spirtin əlavə edilməsindən fərqli üsulla dayandırılmış şərablar üçün də 31 dekabr 2030-cu il tarixinədək 15%, lakin 1 litrinə 3,0 ABŞ dollarından az olmamaqla gömrük rüsumu tətbiq ediləcək.

Hazırda 20°C temperaturda sıxlığı 1,33 q/sm3 və ya daha az olan və tərkibində spirtin faktiki qatılığı 1 həcm %-dən çox olmayan qatılaşdırılmış şərablar üçün 15 faiz idxal gömrük rüsumu qüvvədədir.

Dəyişikliyə əsasən, bu şərablar üçün də 31 dekabr 2030-cu il tarixinədək 15%, lakin 1 litrinə 3,0 ABŞ dollarından az olmamaqla gömrük rüsumu tətbiq ediləcək.

Bu Qərar dərc edildiyi gündən 90 (doxsan) gün sonra qüvvəyə minir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki