Məşhur aktyor ikinci dəfə ata oldu

Türkiyəli aktyor Burak Çelikdən sevindirici xəbər gəlib.

Referans Media Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor 2024-cü ildə menecer Ece Bayrakla Monteneqroda ailə qurub. Cütlüyün 2025-ci ilin avqustunda Kaan Aslan adlı oğlu dünyaya gəlib.

İndi isə ailənin ikinci övladı doğulub. Ece Çelik sentyabrın 9-da İstanbulun Bakırköy rayonundakı özəl xəstəxanaların birində qız övladı dünyaya gətirib.

Təxminən 3 kiloqram çəkidə doğulan körpəyə Zeynep İlay adı verilib. Ana və körpənin səhhətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, Ece Çelikin ilk evliliyindən Ecem adlı qızı da var. 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki