Uşaq bağçasının həyətindəki ağac binanın üstünə aşdı - VİDEO

Mingəçevir şəhərində ağac yaşayış binasının üstünə aşıb.

Referans Media bildirir ki, hadisə şəhərin Müslüm Maqomayev küçəsində qeydə alınıb.

Mingəçevir Şəhər Təhsil Sektorunun nəzdində fəaliyyət göstərən 9 saylı uşaq bağçasının həyətindəki irigövdəli şam ağacı kökündən qırılıb və yaxınlıqdakı 3 mərtəbəli binanın üstünə düşüb.

Nəticədə mənzilə ciddi zərər dəyib.

Ev sahibi bildirib ki, əvvəllər bu ağacın təhlükəli olması barədə aidiyyəti qurumlara müraciət etsə də, tədbir görülməyib.

Ərazidən görüntüləri təqdim edirik:/qafqazinfo.az/



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki