“Akasya Durağı”, “Kurtlar Vadisi” və “Doktorlar” kimi məşhur televiziya layihələrində rol alan tanınmış aktyor İlhami Adsal Çanaqqalada dünyasını dəyişib.
Referans Media Türkiyə mediasına istinadən xəbər verir ki, təcrübəli aktyor İlhami Adsalın müalicə aldığı xəstəxanada vəfat etdiyi məlum olub.
Adsalla bağlı Çanaqqalanın Lapseki rayonunun Suluca kəndində dəfn mərasimi keçirilib. Günorta namazından sonra aktyor kənd qəbiristanlığında torpağa tapşırılıb.

