Aparıcının adından Əməkdar artistə qarşı dələduzluq edildi - FOTO

Əməkdar artist Fərqanə Qasımova dələduzların qurbanı olub.

Referans Media  xəbər verir ki, aparıcı Aytəkin Mərdanovanın adından xanəndədən pul istənilib. Bu barədə aparıcı özü məlumat paylaşıb. O bildirib ki, dələduzlar onun adından istifadə edərək F.Qasımovadan 250 manat pul alıb.

“Adımdan borc pul istəyirlər, inanmayın. Kimsə hamını aldadır. Bir neçə tanıdığım adama yazıblar”, - deyə A.Mərdanova qeyd edib. 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki