Fira Cəlilovanın bağ evindəki hadisə ilə bağlı iddialara aydınlıq gətirildi - DİN-dən açıqlama

DİN-in mətbuat Xidməti aparıcı Fira Cəlilovanın Novxanı qəsəbəsində yerləşən bağ evi ilə bağlı iddialara aydınlıq gətirib.

Referans Media xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən bağ evlərinin birində axtarışda olan şəxsin yeri müəyyən olunub.

Tədbirlərlə istintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Ə.Hüseynov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır. 

****

Aparıcı Fira Cəlilovanın (Firuzə İskəndərova) Novxanı qəsəbəsində yerləşən bağ evində baş verən oğurluq hadisəsinin təfərrüatları məlum olub.

Referans Media -ın məlumatına görə, aparıcı hadisə barədə sosial şəbəkə hesabında paylaşım edib.

Onun bildirdiyinə görə, noyabrın 26-da saat 22:00 radələrində təxminən 15 nəfərdən ibarət naməlum şəxslər beş avtomobillə evin həyətinə gəliblər. Hasardan aşaraq əraziyə daxil olan şəxslər əvvəlcə həyətdəki itləri zərərsizləşdirib, daha sonra mənzilə giriblər.

Həmin vaxt evdə aparıcının 63 yaşlı anası və 12 yaşlı övladı olub. Şəxslər onların mobil telefonlarını, eləcə də anasına məxsus ümumi dəyəri təxminən 30 min manat olan zinət əşyalarını götürüblər. Oğurlanan əşyalar arasında 20 min manatlıq qədim boyunbağı və 10 min manat dəyərində bir cüt brilyant sırğa da var.

Bundan başqa, naməlum şəxslər həyətin müşahidə kameralarına aid avadanlıqları və domofon sisteminin qurğularını da aparıblar.

Fira Cəlilova aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edərək hadisənin hərtərəfli araşdırılmasını, basqında iştirak edən şəxslərin və istifadə etdikləri avtomobillərin müəyyənləşdirilməsini istəyib. O, həmçinin oğurlanmış əşyaların geri qaytarılmasını və hadisəni törədənlərin qanun qarşısında cavab verməsini tələb edib.

Aparıcı paylaşımında ailəsinin yaşadığı narahatlığı ifadə edərək, öz evlərində qorxu içində yaşamaq istəmədiklərini vurğulayıb.

*****

Aparıcı Fira Cəlilova Novxanıda yerləşən bağ evinə basqın edildiyini bildirib.

Referans Media xəbər verir ki, o, bu barədə İnstaqram hesabında paylaşım edib.

Aparıcının sözlərinə görə, hadisə noyabrın 26-da saat 22:00 radələrində baş verib.

Beş avtomobillə gələn təxminən 15 naməlum şəxs onun bağ evinə basqın edib.

Fira Cəlilova evdən üç mobil telefon, təxminən 20 min manat dəyərində qədimi boyunbağı, 10 min manat dəyərində bir cüt brilyant sırğa, həmçinin domofon sistemi, müşahidə kameraları və digər elektron avadanlıqların oğurlandığını iddia edib.

Aparıcı hadisədə iştirak etdiyi bildirilən avtomobillərdən dördünün dövlət qeydiyyat nişanlarını da açıqlayıb.

O, hüquq-mühafizə orqanlarına müraciət edərək hadisənin təcili və obyektiv araşdırılmasını, oğurlanmış əşyaların geri qaytarılmasını və təqsirkarların məsuliyyətə cəlb olunmasını istəyib.

Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Novxanı qəsəbəsində yerləşən bağ evlərinin birində axtarışda olan şəxsin yeri müəyyən olunub.

Tədbirlərlə istintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Əlihüseyn Hüseynov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki