Arda Gülər səhnəyə çıxdı, PSV darmadağın oldu: “Real Madrid”dən möhtəşəm qələbə - VİDEO

UEFA Çempionlar Liqasının V turunda “Real Madrid” doğma meydanda Niderlandın PSV klubunu 5:1 hesabı ilə məğlub edib. Qarşılaşmanın əsas qəhrəmanlarından biri isə iki məhsuldar ötürmə ilə yadda qalan türkiyəli futbolçu Arda Gülər olub.

Referans Media xəbər verir ki, “Santyaqo Bernabeu” stadionunda keçirilən görüşün ilk hissəsində üstünlük qonaqlarda olub. PSV 32-ci dəqiqədə İvan Perişiçin penaltidən vurduğu qolla hesabı açıb və fasiləyə öndə yollanıb.

İkinci hissədə isə meydan sahibləri oyunun gedişini dəyişiblər. 56-cı dəqiqədə Arda Gülərin ötürməsindən sonra Federiko Valverde hesabı bərabərləşdirib. 60-cı dəqiqədə Cud Bellingem “Real Madrid”i önə keçirib.

64-cü dəqiqədə yenidən səhnəyə çıxan Arda Gülər bu dəfə Kilian Mbappenin qoluna məhsuldar ötürmə verib. Mbappe 84-cü dəqiqədə daha bir qol vuraraq fərqi artırıb. 87-ci dəqiqədə isə Vinisius Junior matçın yekun hesabını müəyyənləşdirib – 5:1.

Beləliklə, “Real Madrid” Çempionlar Liqasında ardıcıl beşinci qələbəsini qazanaraq xallarını 15-ə çatdırıb. PSV isə 4 xalla kifayətlənib.

24 noyabr

Çempionlar Liqası
Liqa mərhələsi, 5-ci tur

“Real” (İspaniya) – PSV (Niderland) - 5:1

Qollar: Valverde, 50; Bellingem, 60, Mbappe, 64; 84; Vinisius, 87  - Perişiç, 32-pen.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki