Küçədə sirli məxluq peyda oldu: Görünüşü hər kəsi şoka saldı - VİDEO

ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərində tüksüz və qəribə görünüşlü heyvanın peyda olması marağa səbəb olub. Bədənində müxtəlif izlər olan və yeriməkdə çətinlik çəkən canlının hansı növə aid olduğu hələ müəyyənləşdirilməyib. Görüntülər sosial şəbəkələrdə 2 milyondan çox izlənib.

Referans Media xəbər verir ki, hadisə Mişn Hills məhəlləsində baş verib. Gəzintiyə çıxan Den Fulkerson küçədə gördüyü heyvanı telefonla lentə alaraq sosial şəbəkədə paylaşıb. O, canlının nə pişiyə, nə də itə bənzədiyini bildirib və izləyicilərindən onun növünü müəyyənləşdirməyə kömək istəyib.

İstifadəçilərin bir qismi heyvanın ağır qaşınma xəstəliyinə tutulmuş yenot, digərləri isə çaqqal, opossum və ya tüksüz it ola biləcəyini ehtimal ediblər. Lakin bu versiyalardan heç biri təsdiqlənməyib.

Fulkerson heyvanı gördükdən sonra ərazidəki heyvanlara nəzarət xidmətinə məlumat verdiyini açıqlayıb. Canlının növü və sağlamlıq vəziyyəti hələlik məlum deyil.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki