Magistral yol cəhənnəmə döndü: 31 nəfər öldü, 21 yaralı var - VİDEO

Misirin paytaxtı Qahirədə yanacaq daşıyan tankerin aşaraq alışması böyük faciəyə səbəb olub. Yanğın ətrafdakı avtomobillərə də keçib. Hadisə nəticəsində azı 31 nəfər ölüb, 21 nəfər yaralanıb.

Referans Media xəbər verir ki, hadisə noyabrın 25-də paytaxtın qərbində, Gizə vilayətinin Əl-Varrak bölgəsində baş verib. Neft məhsulları daşıyan tanker beton maneələrə çırpılaraq aşıb və alovlanıb. Yanğın qısa müddətdə ətrafdakı avtomobil və motosikletlərə yayılıb.

Hadisə yerinə 39 təcili tibbi yardım maşını göndərilib. Misir Baş Prokurorluğunun ilkin məlumatına görə, yanğın nəticəsində 27 avtomobil yanıb və ya zərər görüb.

Həlak olan bəzi şəxslərin kimliyinin müəyyənləşdirilməsi üçün DNT ekspertizası aparılır.

Misir mətbuatında tankerin qarşısına yüksək gərginlikli elektrik kabelinin düşməsi səbəbindən sürücünün idarəetməni itirmiş ola biləcəyi iddia edilir. Hadisənin dəqiq səbəbi araşdırılır.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki