Türkiyədə narkotik vasitələrlə bağlı aparılan istintaq çərçivəsində aktyorlar Özcan Dəniz də daxil olmaqla 35 nəfər saxlanılıb.
Referans Media xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, istintaq çərçivəsində şübhəlilərin və şahidlərin ifadələri, müsadirə olunmuş mobil telefonlar, eləcə də rəqəmsal materialların ekspertiza nəticələri araşdırılıb. Əldə olunan məlumatlar əsasında bəzi şəxslərin narkotik vasitələrdən istifadə etməsi və ya onları saxlaması ilə bağlı şübhələr yaranıb.
Prokurorun göstərişi ilə müəyyən edilən 35 şübhəli saxlanılıb. Onların arasında aktyor Özcan Dəniz, rejissor Cem Karcı, təşkilatçı Erdal Bozkuş və aktrisa Dəniz Çakır da var.
