TƏCİLİ! ABŞ Rusiyanın nüvə bazalarına kəşfiyyat təyyarəsi göndərdi – Nə baş verir?backend

TƏCİLİ! ABŞ Rusiyanın nüvə bazalarına kəşfiyyat təyyarəsi göndərdi – Nə baş verir?

  ABŞ Hərbi Hava Qüvvələri Rusiyanın Murmansk vilayətindəki nüvə bazalarına doğru Boeing WC-135 kəşfiyyat təyyarəsi göndərib.

Referans  xəbər verir ki, bu barədə Newsweek jurnalı Flightradar24 platformasına istinadla məlumat yayıb.

Məlumata görə, ABŞ-a məxsus WC-135 təyyarəsi Böyük Britaniyanın şərqində yerləşən Mildenhall aviabazasından havaya qalxaraq, Norveçin qərb sahil xətti boyunca şimala doğru istiqamətlənib.

Qeyd edilir ki, bu addım Dmitri Medvedevin “son dərəcə təxribatçı” bəyanatlarına cavab olaraq 1 avqustda Donald Trampın iki nüvə sualtı qayığının

“müvafiq bölgələrə” göndərilməsi barədə göstəriş verməsindən sonra atılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki