Təhsil xərcləri azaldılır – təsiri nə olacaq?

2027-ci il dövlət büdcəsi haqqında Qanun layihəsinə əsasən ümumi təhsil xərcləri azaldılır. Belə ki, 2.185.406.764 manat nəzərdə tutulub və bu təhsil xərclərinin cəmi 42,85%-ni təşkil edir. Müqayisə üçün bu göstərici 2025-ci ildə 2.347.506.880 manat (47,55%), 2026-cı ildə isə 2.414.834.982 manat (48,14%) təşkil edirdi. Yəni təkcə cari illə müqayisədə növbəti ildə nominal fərq təxmini 230 milyon manat (9,5% azalma) təşkil edəcək. Təhsil xərcləri artdığı halda ümumi təhsilə ayrılan hissəsi əksinə azalır.

Son 5 ildə Təhsil Tələbə Krediti Fondu 124,8 milyon manat xərcləyib

Yəni söhbət təhsilin tamamilə maliyyəsiz qalmasından yox, təhsil büdcəsinin daxilində vəsaitin yenidən bölüşdürülməsindən gedir. Maraqlı məqam budur ki, ümumi təhsil xərcləri 230 milyon manata yaxın azalarkən, təhsildə digər müəssisə və tədbirlərə ayrılan vəsait 302 milyon manatdan çox artır.
Onu da deyək ki, 2026-cı ilin sentyabrında açıqlanmış məlumata görə, Azərbaycanda dövlət ümumi təhsil müəssisələrinin maliyyələşdirilməsində yeni modelə keçid nəzərdə tutulur. Bu modeldə maliyyələşmənin əsas meyarlarından biri şagird sayıdır.

Əvvəlki modeldə məktəbin əvvəlki büdcəsi, ştat cədvəli və saxlanma xərcləri əhəmiyyətli rol oynayırdı. Yeni modeldə isə şagird sayı daha mühüm göstəriciyə çevrilir. Bu dəyişiklik nəzəri olaraq daha səmərəli maliyyələşmə yarada bilər. Amma kiçik və ucqar məktəblərin xərcləri şagird sayına görə deyil, həm də onların yerləşdiyi əraziyə və infrastruktur ehtiyaclarına görə dəyişir. Məhz buna görə yeni modeldə düzəliş əmsallarının tətbiqi nəzərdə tutulur.
Ümumi təhsil xərclərinin azalması təhsilə necə təsir edəcək?

Ceyhun Məmmədov: Elm sahəsindəki islahatlar ölkənin inkişafına təsir  göstərəcək - Muallim.edu.az

Referans Media xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, büdcə xərclərindəki dəyişiklikləri təhlil edərkən bir neçə mühüm amil nəzərə alınmalıdır: “Bu gün ümumi təhsil xərclərinin azalmasının bir neçə səbəbi ola bilər və bunlar kifayət qədər ciddi amillərdir. İlk növbədə, nəzərə almalıyıq ki, son vaxtlar Azərbaycanda bir sıra məktəblərin fəaliyyəti dayandırılıb. Hazırda 300-dən artıq orta məktəb fəaliyyət göstərmir. Təbii ki, bu amil də ümumi təhsil xərclərinə təsir göstərir.

Düşünürəm ki, bu prosesdə tələsməməliyik. Dövlət büdcəsinin müzakirəsi zamanı mən də məhz bu məsələyə toxundum.
İkinci mühüm amil isə son vaxtlar Nazirlər Kabinetinin ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə ilə bağlı qəbul etdiyi qərardır”.

Deputat qeyd edib ki, artıq məktəblərin maliyyələşdirilməsində adambaşına maliyyələşmə sisteminə keçid nəzərdə tutulur:

“Başqa sözlə, məktəblərə ayrılan vəsaitin şagirdlərin sayına uyğun müəyyənləşdirilməsi planlaşdırılır. Hesab edirəm ki, gələcəkdə büdcəyə təsir göstərəcək amillərdən biri də məhz bu maliyyələşmə mexanizmi olacaq. Ümumilikdə isə belə məsələlərdə çox diqqətli olmalıyıq. Təhsil sahəsi böyük sərmayə tələb edir. Bu, təkcə təhsil məsələsi deyil, həm də ideoloji iş, gənclərin inkişafı və vətəndaşların formalaşmasına töhfə verən mühüm sahədir. Bu baxımdan, məktəblərin bağlanması məsələsində tələsməməliyik. Eyni zamanda, xərclərin azaldılması ilə bağlı qərarlar qəbul edilərkən də maksimum diqqətli olmaq lazımdır. Müəllimlərin əməkhaqqı, məktəblərin saxlanılması və digər zəruri xərclər daim diqqət mərkəzində olmalıdır. Bunlar son dərəcə vacib məsələlərdir və onlara xüsusi həssaslıqla yanaşılmalıdır”.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki