Türkiyədə Şanlıurfa və Kahramanmaraş şəhərlərində baş verən və ölkədə böyük kədər yaradan məktəb hücumlarından sonra televiziya kanalları yayım siyasətlərində dəyişiklik etməyə başlayıb.
Referans Media xəbər verir ki, bu hadisələrin ardınca TRT 1, bazar axşamlarının ən çox izlənilən seriallarından olan “Təşkilat”ın yeni bölümünü yayım cədvəlindən çıxarmaq qərarı verib.
19 aprel bazar günü serialın yeni bölümünü izləməyə hazırlaşan tamaşaçılar, yayım cədvəlində dəyişikliklə qarşılaşıb. TRT 1 serialın yeni bölümünü efirə vermək əvəzinə, proqramda dəyişiklik edərək yerinəBöyük Çin Səddi haqqında olan “Çin Seddi” adlı xarici filmi yayımlayıb.
Yeni bölüm nə vaxt yayımlanacaq?
Serialın prodüseri Timur Savcı və Burak Sağyaşar olan layihənin yeni bölümünün nə vaxt yayımlanacağı isə hələlik açıqlanmayıb. Tamaşaçılar serialın yaxın günlərdə yenidən efirə qayıdacağını gözləyir.
Digər seriallar da efirdən çıxarıldı
Qeyd edək ki, TRT bu həftə başqa məşhur layihələri də yayım cədvəlindən çıxarıb. Bunların arasında Gönül Dağı və Taşacak Bu Deniz serialları da yer alır.
Bu qərarın ölkədə baş verən faciəli hadisələrə hörmət və həssaslıq göstərmək məqsədilə verildiyi bildirilir.























