Tikintisi davam edən mənzil almaq niyə sərfəli hesab olunur?

Metroya yaxın mənzillərə tələbat niyə artır?

Mənzil alarkən alıcıların ən çox diqqət yetirdiyi amillərdən biri lokasiyadır. Xüsusilə metroya yaxın layihələr həm gündəlik gediş-gəlişi asanlaşdırdığı, həm də gələcəkdə dəyər artımı baxımından üstünlük yaratdığı üçün daha çox seçilir. Məhz bu səbəbdən Biləcəridə yerləşən və "Avtovağzal" metro stansiyasına cəmi bir neçə dəqiqəlik məsafədə yerləşən "Biləcəri" yaşayış kompleksi alıcıların diqqətini cəlb edir.

"Biləcəri" yaşayış kompleksində 56 kv.m-dən 110 kv.m-dək sahəyə malik 2, 3, 4 otaqlı və studiya tipli mənzillər satışdadır. Layihədə yeni satışa çıxarılan 77,52 kv.m və 77,64 kv.m sahəli 3 otaqlı studiya mənzillər isə optimal planlaşdırılması və funksional bölgüsü ilə hazırda alıcıların diqqət mərkəzindədir. Funksional planlanması sayəsində bu mənzillər həm gənc ailələr, həm də gələcəyini indidən planlaşdırmaq istəyən alıcılar üçün əlverişli seçim hesab olunur.

"Biləcəri" yaşayış kompleksi "Avtovağzal" metro stansiyasına avtomobillə cəmi 3 dəqiqəlik məsafədə yerləşir. Şoseyə və metroya yaxınlıq həm şəxsi avtomobildən, həm də ictimai nəqliyyatdan rahat istifadə etməyə şərait yaradır. Bu isə işə, təhsil müəssisələrinə və şəhərin müxtəlif istiqamətlərinə gündəlik gediş-gəlişi daha rahat və vaxt itkisi olmadan planlaşdırmağa imkan verir.