Hindistanda Chandipura virusu səbəbindən 22 uşağın həyatını itirməsindən sonra ölkə hökuməti xüsusi milli müdaxilə qrupunu səfərbər edib.
Hindistan Səhiyyə Nazirliyinin məlumatına görə, virusla mübarizəyə dəstək məqsədilə Qucarat və Racastan ştatlarına mütəxəssis qrupları göndərilib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, Chandipura virusu əsasən musson mövsümündə qumsinekləri, ağcaqanadlar və gənələr vasitəsilə yayılır. Virus beyində iltihaba səbəb olur və ağır hallarda ölümlə nəticələnə bilər.
