Yeni Zelanda sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.
ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələnin episentri Yeni Zelandanın şimalındakı Kermadek adaları yaxınlığında yerləşib. Yeraltı təkanlar 226,1 kilometr dərinlikdə baş verib.
İlkin məlumata əsasən, zəlzələ nəticəsində ölən və ya xəsarət alan olmayıb. Hadisədən sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq da edilməyib.
Qeyd edək ki, Yeni Zelanda Sakit okeandakı "Alov halqası" (Ring of Fire) adlanan aktiv seysmik zonada yerləşdiyi üçün burada zəlzələ və vulkan püskürmələri tez-tez baş verir.
