Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın gecə saatlarında Kiyev və ətrafına həyata keçirdiyi hava hücumları nəticəsində həyatını itirənlərin sayı 17-yə, yaralananların sayı isə 44-ə yüksəlib.
Zelenskinin sözlərinə görə, hücum zamanı Rusiya ordusu Ukraynaya 28 raket və 115 pilotsuz uçuş aparatı (PUA) buraxıb. O qeyd edib ki, əsas hədəflər mülki anbarlar, logistika mərkəzləri, infrastruktur obyektləri və dəmiryolu stansiyası olub.
Ukrayna Prezidenti müttəfiqlərini ölkəsinə hava hücumundan müdafiə sistemləri ilə dəstəyi artırmağa çağırıb, həmçinin Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsinin vacibliyini vurğulayıb.
