“ABŞ-İran razılaşması ya əhəmiyyətli və mənalı olacaq, ya da baş tutmayacaq”.
Referans Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “TruthSocial” sosial media səhifəsində yazıb.
“Bu, uğursuz Obama administrasiyası tərəfindən müzakirə edilən və İran üçün nüvə silahlarına birbaşa və açıq bir yol olan “JCPOA” fəlakətinin tam əksi olacaq. Mən bu cür razılaşmaları bağlamıram!”, – deyə o vurğulayıb.
Qeyd edək ki, JCPOA — İranla dünya gücləri arasında 2015-ci ildə imzalanmış nüvə sazişidir. Donald Tramp bu razılaşmanı dəfələrlə “fəlakət” və “ən pis sazişlərdən biri” adlandırıb. Çünki onun fikrincə, saziş İrana çox güzəşt verirdi. ABŞ 2018-ci ildə rəsmi olaraq bu sazişdən çıxıb./Globalinfo.az
