“Vaşinqton Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün fəallaşıb”.
Referans xəbər verir ki, bunu erməni politoloq Vigen Akopyan deyib.
Akopyan bildirib ki, Ağ Evin bu sazişin həyata keçirilməsi ilə bağlı İrəvandan təminat istəyib-istəməyəcəyi bəlli deyil:
“ABŞ Prezidenti Donald Tramp ümid edir ki, bu sənəd onun əlində yeni sülh yaradan “kozır” və “uğur hekayəsi”nə çevriləcək. Tramp Ukrayna
böhranını da 24 saat ərzində həll edəcəyinə söz verdi, lakin vədini yerinə yetirə bilmədi, sonra bunun sadəcə sarkazm olduğunu dedi. O, indi də Nobel
mükafatına namizəd olmaq üçün Bakı və İrəvan arasında münaqişəni bitirməyə çalışır. Maraqlıdır, ABŞ bu məqsədi uğruna sülhə nail olmaq üçün
Türkiyə və Azərbaycanın hansı istəyini yerinə yetirəcək?”
Qeyd edək ki, Ağ Evə yaxın mənbələrin məlumatına görə, Azərbaycan və Ermənistan liderləri avqustun 8-də Donald Trampla Vaşinqtonda bir araya gələcəklər.