Ərdoğan Cənubi Koreyaya GEDİR: 15 milyardlıq ANLAŞMA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreya lideri Li Çje Myonun dəvəti ilə noyabrın 1-dən 4-dək Seulda rəsmi səfərdə olacaq.

Referans Media xəbər verir ki, səfər çərçivəsində rəsmi görüşlərin noyabrın 3-də keçirilməsi planlaşdırılır.

Rəsmi danışıqlarda iki ölkə arasındakı Strateji Tərəfdaşlıq münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duranın bildirdiyinə görə, səfər çərçivəsində ikili əlaqələrin hüquqi bazasını möhkəmləndirəcək bir sıra sazişlərin imzalanması gözlənilir.

Türkiyənin "Uzaq Ölkələr Strategiyası" çərçivəsində mühüm yer tutan Cənubi Koreya ilə ticarət, turizm, sərmayə, müdafiə sənayesi, energetika, nəqliyyat, infrastruktura və yüksək texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi hədəflənir.

İki ölkə arasında 2013-cü ildə imzalanan Azad Ticarət Sazişindən (ATS) sonra ticarət dövriyyəsi sabit artım nümayiş etdirib.

2013-cü ildə 6,9 milyard dollar olan ticarət həcmi 2022-ci ildə 10,1 milyard dollara, keçən il isə 11,4 milyard dollara çatıb.

Bu ilin ilk 9 ayında isə ticarət dövriyyəsi 8,7 milyard dollar təşkil edib. Keçiriləcək görüşlərin əsas məqsədi bu göstəricini 15 milyard dollara çatdırmaqdır.

İlin ilk 9 ayında Türkiyənin Cənubi Koreyaya ixracatı 920,3 milyon dollara çatıb. İxrac strukturunda ilk sıranı 321,8 milyon dollarla əczaçılıq məhsulları tutur. Bu siyahını filiz və kül (124,2 milyon dollar), maşın və mexaniki avadanlıqlar (101,6 milyon dollar), elektrik cihazları (34,2 milyon dollar) və meyvə-tərəvəz məhsulları (33 milyon dollar) izləyir.

Turizm sahəsində də müsbət dinamika müşahid olunur. Geçən il Cənubi Koreyadan Türkiyəyə gələn turistlərin sayı 9,4 faiz artaraq 226 min 434 nəfərə çatıb. Bu ilin yanvar-sentyabr aylarında isə 133 mindən çox koreyalı turist Türkiyəni ziyarət edib.//Musavat.com

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki