Məşhur avtomobil mexaniki Skotti Kilmer 800 min kilometri keçə bilən ən yaxşı işlənmiş avtomobil modelini açıqlayıb
Məşhur mexanik “Toyota RAV4”ü ən yaxşı işlənmiş avtomobillərdən biri hesab edir. O deyir ki, bu, 500 min mildən (təxminən 800 min kilometr) çox sürülə bilər. Keçən il Kilmer çox uzun müddət sürülə biləcəyinə inandığı üç modelini təqdim edib.
Ekspert, xüsusilə də almaq üçün ən yaxşı hesab etdiyi “Toyota RAV4”ü tərifləyib. Tanınmış Toyota həvəskarı Skotti Kilmer, bu markanı işlənmiş avtomobil sahiblərinə müntəzəm olaraq tövsiyə edir. O, “RAV4”ün "çox etibarlı mühərrikini", yaxşı yanacaq qənaətini və sürətlənmiş aşınmanın qarşısını alan turbomühərrikin olmamasını qeyd edib.
Kilmer “RAV4”ün əsas üstünlüklərindən biri kimi tam ötürücü sistemini vurğulayıb. YouTube videosunda o, bunun necə işlədiyini izah edib: "Nəqliyyat vasitəsini dayandırın, bir düyməni basın və indi saatda 20 və ya 25 mil sürətlə tam ötürücü sistemə sahibsiniz, beləliklə qar və buzdan keçə, düşərgə qura və ya balıq tuta bilərsiniz".
O, həmçinin sistemin etibarlılığını vurğulayaraq əlavə edib: "Heç vaxt onun sıradan çıxdığını görməyib".
Skotti avtomobili yoxlayarkən kapotun altındakı orijinal komponentlərin, o cümlədən generator və akkumulyatorun davamlılığını da qeyd edib ki, onlar səkkiz il sonra da işlək vəziyyətdə olublar. O, həmçinin “RAV4”də parça oturacaqlara üstünlük verib və onların dəri ilə müqayisədə davamlılığını qeyd edib./Lent.az
