Bir neçə gün qaldı… – Tramp yekun qərarını verəcək

“İranla hərbi qarşıdurmanın yenidən başlaması ehtimalını artıran əlamətlər çoxalıb”.

Referans Media Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə İsrailin “12-ci kanal”ı məlumat yayıb. 

Telekanalın reportajında ekspertlərin İranın nüvə proqramı və qorunub saxlanılan hərbi imkanları ilə bağlı narahatlıqları diqqətə çatdırılıb. Məlumata görə, İranın raket arsenalının təxminən yarısının hələ də mövcud olduğu ehtimal edilir.

“Donald Trampın İranın cavabını gözləməyin mənasız olduğu qənaətinə gəlməsinə cəmi bir neçə gün və ya ən çoxu bir neçə həftə qalıb. Gərginlik yanvar ayından və ABŞ-da aralıq seçkilərdən sonra yeni Konqresin fəaliyyətə başlamasından əvvəl kəskinləşə bilər. Düşünürəm ki, Tramp mümkün hərbi addımı yeni Konqres işə başlamazdan əvvəl atmağa çalışacaq”, – deyə İsrail Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun İran proqramının rəhbəri Raz Zimit telekanala açıqlamasında bildirib.

O, həmçinin İranın hazırda təxminən 1500 ballistik raketə malik olduğunu iddia edib.

Raz Zimit  bildirib ki, qarşıdurma yenidən başlasa, İsrail şəhərləri bu raketlərin hədəfinə çevrilə bilər.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki