Xamenei ABŞ-ı “Böyük şeytan” adlandırdı

İranın ali rəhbəri Müctəba Xamenei ölkəsinin “üçüncü məcburi müharibədə” qələbə qazanacağına əminliyini ifadə edib. O, xarici təcavüzə qarşı mübarizədə İran xalqının sayıqlığını, inamını, fədakarlığını və dözümlülüyünü əsas şərtlər kimi qiymətləndirib.

Referans Media xəbər verir ki, bu barədə Xameneinin oktyabrın 31-də “Zülfüqari” əməliyyatının ildönümü münasibətilə yayımlanan müraciətində bildirilib.

Xamenei 1980-ci ildə İran qüvvələrinin Abadan adasından İraq qoşunlarını çıxardığı əməliyyatın uğurunda yerli sakinlərin, könüllülərin, ordunun və İslam İnqilabı Keşikçiləri Korpusunun rolunu vurğulayıb.


O, İranın hazırda da həmin dövrdəki kimi inama, qətiyyətə, fədakarlığa və dözümlülüyə ehtiyacı olduğunu bildirib. Xamenei ABŞ-ı “Böyük şeytan” adlandıraraq, İran xalqının onun hökmranlığına, cinayətlərinə və təcavüzünə qarşı mübarizə apardığını qeyd edib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki