image-tramp-11backend

Tramp: Razılaşma qənaətbəxş olmasa, ABŞ İrana qarşı əməliyyatları asanlıqla bərpa edə bilər

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgər qarşıdakı danışıqlar və ya əldə olunacaq razılaşma Vaşinqtonu qane etməsə, ABŞ İrana qarşı hərbi əməliyyatları çox asanlıqla yenidən başlada bilər.

Referans Media xəbər verir ki, O, “Sky News” telekanalına müsahibəsində bildirib:
“Biz çox asanlıqla yenidən əməliyyatlara qayıda bilərik.”

ABŞ lideri çərşənbə axşamı İranla qarşılıqlı şəkildə iki həftəlik atəşkəs qərarı qəbul etdiklərini açıqlamışdı. Onun sözlərinə görə, bu addım Pakistanın Baş naziri Şahbaz Şarifnin təklifi əsasında atılıb və İranın Hörmüz boğazını tam, dərhal və təhlükəsiz şəkildə açmağa razılıq verməsindən asılıdır.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki