ABŞ Prezidenti Donald Tramp yenidən İrana xəbərdarlıq edib.
Referans Media xəbər verir ki, bu barədə o, özünün “Truth Social” səhifəsində yazıb.
Tramp bildirib ki, İran indi daha sərt zərbə endirəcək:
“Lakin bunu etməsələr yaxşıdır. Çünki bunu etsələr, biz də onlara indiyədək görülməmiş bir güclə zərbə endirəcəyik”, – deyə Ağ Ev rəhbəri vurğulayıb.






















