image-trumpin-abluka-resti-piyasalari-yakti-petrol-19791874_4830_ampbackend

Trampın blokada qərarı bazarları silkələdi – neft 122 dolları keçdi

Donald Trampın İranla bağlı dəniz blokadasını uzada biləcəyi ilə bağlı açıqlamaları qlobal maliyyə və enerji bazarlarında ciddi dalğalanmaya səbəb olub. Körfəz bölgəsində artan gərginlik fonunda neft qiymətləri kəskin şəkildə yüksəlib.

Referans Media xəbər verir ki, ABŞ və İran arasında gərginliyin artması, xüsusilə Hörmüz boğazı ətrafında yaranan risklər investorlar arasında narahatlıq yaradıb. Bu vəziyyət nəticəsində Brent neftin qiyməti 122 dolları keçərək son illərin ən yüksək səviyyəsinə çatıb.

Bölgədə ABŞ Hərbi Dəniz Qüvvələrinin aktivliyi artdığı, İranın isə mümkün blokadaya cavab verəcəyini bildirdiyi qeyd olunur. Bu isə bazarlarda “təchizat riski” qorxusunu daha da gücləndirib.

Ekspertlər bildirirlər ki, neft tədarükündə mümkün fasilələr qlobal enerji bazarında ciddi təlatümlərə səbəb ola bilər. Hazırkı vəziyyətin davam etməsi isə qiymətlərdə daha da artım ehtimalını gündəmə gətirir.

Analitiklər həmçinin qeyd edir ki, investorlar təhlükəsiz aktivlərə yönəlir və bu da qlobal maliyyə bazarlarında qeyri-sabitliyi artırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki