ABŞ prezidenti Donald Tramp Kubaya təzyiq göstərmək üçün bir neçə variantı nəzərdən keçirir, o cümlədən adanın Vaşinqtondan iqtisadi asılılığını artırmaq və ölkə rəhbərliyini dəyişdirmək.
Referans Media xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
“Tramp üçüncü ölkəyə – Kubaya diqqət yetirib. Ölkə hərbi müdaxilədən qorxsa da, son dəlillər Trampın üçüncü variantı nəzərdən keçirdiyini göstərir”, – məqalədə deyilir.
Ölkə rəhbərliyini dəyişdirmək üçün Amerika administrasiyası ABŞ-ın əvvəllər Venesuela ilə bağlı istifadə etdiyi ssenariyə diqqət yetirir .
Mənbələrə görə, Tramp və müttəfiqləri Kuba prezidenti Migel Dias-Kaneliyanın devrilməsini istəyirlər və artıq Kubanın keçmiş prezidenti Raul Kastronun nəvəsi Raul Qilermo Rodriges Kastro ilə danışıqlar aparıblar./publika.az























