Trampın sərvətində kriptovalyuta sıçrayışı: Bir ildə 1,4 milyard dollardan çox gəlir əldə edib

ABŞ Prezidenti Donald Trampın 2025-ci il üzrə maliyyə bəyannaməsinə əsasən, ailəsinin kriptovalyuta layihələrindən ötən il 1,4 milyard dollardan çox gəlir əldə olunub.

Referans MEDİA xəbər verir ki, ABŞ Hökumətinin Etika Ofisinə təqdim edilən bəyannamədə bildirilir ki, Trampın gəlirlərinin əsas hissəsi kriptovalyuta layihələrindən formalaşıb.

Sənədə görə, Trampın oğulları ilə birlikdə yaratdığı "World Liberty Financial" layihəsi təxminən 800 milyon dollar gəlir əldə edib. Bu məbləğin 520 milyon dollardan çoxu kripto-token satışlarından, 250 milyon dollardan çoxu isə şirkətdəki payların satışından əldə olunub.

Bundan əlavə, Tramp öz adını daşıyan "Trump meme coin" layihəsindən 635 milyon dollar gəlir bəyan edib.

Əvvəlki maliyyə bəyannaməsində Trampın "World Liberty Financial" layihəsindən əldə etdiyi gəlir 57,35 milyon dollar göstərilmişdi. Son açıqlanan rəqəmlər bu gəlirin təxminən doqquz dəfə artdığını göstərir.

Bundan əvvəl Reuters-in dərc etdiyi təhlildə Tramp ailəsinin 2025-ci ildə onun yenidən Ağ Evə qayıdışından sonra kriptovalyuta layihələrindən ən azı 2,3 milyard dollar qazandığı ehtimal olunmuşdu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki