Türkiyədə qanunsuz mərc fəaliyyəti ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən xüsusi əməliyyat keçirilib.
Referans Media xəbər verir ki, bu barədə “Haberler” nəşri məlumat yayıb.
Bildirilir ki, istintaq tədbirləri çərçivəsində 8 nəfər saxlanılıb.
Araşdırmalar zamanı cinayət yolu ilə əldə edilən vəsaitlərin bəzi idman qurumları vasitəsilə leqallaşdırılması ehtimalı nəzərə alınaraq “Diyarbekirspor” klubu və daha üç şirkət üzrə yoxlamalara start verilib.
İlkin nəticələrə əsasən, “Diyarbekirspor”un sabiq rəhbəri Fevzi İlhanlı və klub idarəçilərinin qeyri-qanuni mərc platformasına sahib olduqları, əldə olunan gəlirləri isə klub üzərindən maliyyə dövriyyəsinə daxil etdikləri müəyyənləşdirilib.
Həmçinin istintaq çərçivəsində klubun mühasibi və bir sıra əməkdaşların bank hesablarından istifadə olunaraq qanunsuz vəsaitlərin klubun rəsmi hesablarına yönləndirildiyi üzə çıxıb.























