Müğənni Nüşabə Musayeva bu dəfə maraqlı addımı ilə diqqət çəkib.
Referans Media xəbər verir ki, əməliyyat keçirən və hazırda səhhətində problemlər yaşayan Əməkdar artist Firuzə İbadovanı ziyarət edən Nüşabə Musayeva bu ziyarətə rəqs edərək yollanıb.
Onun bu fərqli və pozitiv davranışı sosial şəbəkələrdə diqqətdən yayınmayıb. İzləyicilər Nüşabə Musayevanın bu addımını xoş qarşılayaraq, onun Firuzə İbadovaya sevinc bəxş etmək istəyini yüksək qiymətləndiriblər.
