Flora Kərimovadan XƏBƏR VAR

Xalq artisti Flora Kərimova müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Referans MEDİA bildirir ki, bu barədə Oxu.az-a sənətkarın köməkçisi Əli Davud məlumat verib.

O qeyd edib ki, Flora Kərimovanın səhhəti hazırda yaxşıdır və bağ evinə dincəlməyə gedib:

"Müalicəsi müsbət nəticə verdiyi üçün həkimlərin qərarı ilə evə buraxılıb".

Xatırladaq ki, Xalq artisti səhhətində yaranan narahatlıq səbəbindən bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi. Sənətkarın müalicə prosesi Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən nəzarətə götürülmüşdü.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki