Türkiyəli aktrisa Cemre Bayselin yeni layihəsi məlum olub.
Referans Media xəbər verir ki, “Güllər və Günahlar” serialındakı performansı ilə diqqət çəkən aktrisa mövsüm finalından sonra yeni təklifləri dəyərləndirib və növbəti layihə ilə bağlı razılıq əldə edib.
Məlumata görə, Cemre Baysel Türkiyənin Qara dəniz bölgəsinin tanıtımı məqsədilə həyata keçirilən “Go Türkiye” layihəsi çərçivəsində çəkiləcək “Qəlbimin Rotası: Qara dəniz” adlı mini serialda rol alacaq.
Layihədə onun tərəf müqabili aktyor İlhan Şen olacaq. Mini serialın ssenarisini Emre Kavuk qələmə alıb. Çəkilişlərin iyul ayının ikinci həftəsində başlaması planlaşdırılır.
Qeyd edək ki, Cemre Baysel və İlhan Şen daha əvvəl də eyni layihələrdə bir araya gəlib. Onlar “Ramo” serialında və 2024-cü ildə ekranlara çıxan “Aşk Filmi”ndə birlikdə kamera qarşısına keçiblər.
