Mətanət 4 aya görün neçə kiloqram arıqladı

Aparıcı Mətanət Əliverdiyeva 12 kiloqram arıqlayıb.

Referans Media xəbər verir ki, bu barədə o, "Xəzər axşamı" verilişində danışıb. Mətanət pəhrizlə artıq çəkidən xilas olduğunu bildirib:

"Düz 12 kiloqram arıqlamışam. Pəhriz saxladım, başqa şeylər mənlik deyil. Fevral ayından bu müddətə qədər 400-500 qram arıqlaya-arıqlaya gəldim. 12 kiloqramda dayandım, dedim ki, daha bəsdir".

Qeyd edək ki, aprel ayında 5 kiloqram arıqladığını açıqlamışdı. (Axşam.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki