Türkiyənin tanınmış mafiya lideri lüks restoranda GÜLLƏLƏNDİ - Helikopterlər HAVAYA QALDIRILDI

Türkiyədə müxtəlif ağır cinayətlər və dəstə qarşıdurmaları ilə tanınan, "Çingene Ümit" ləqəbli Ümit Yalçın İspaniyanın Malaqa şəhərindəki lüks restoranda silahlı hücuma məruz qalıb.

Referans Media  xəbər verir ki, üzündən ağır xəsarət alan Yalçın dərhal xəstəxanaya yerləşdirilib.

Hadisə Malaqanın mərkəzi məkanlarından biri olan "Muelle Uno" ticarət mərkəzində yerləşən "Lounge Bar Plaza" restoranının açıq terasında baş verib. Bir neçə gün əvvəl bölgədəki hotellərdən birinə yerləşən Yalçın dostları ilə ticarət mərkəzinə gələrək avtomobilini dayanacaqda saxlayıb. O, terasda yemək yediyi əsnada pilləkənlərlə yuxarı qalxan maskasız iki şəxs ona ard-arda atəş açıb.

Hücumdan sonra qaçan şübhəlilərin saxlanılması üçün İspaniya polisi helikopter dəstəyi ilə genişmiqyaslı əməliyyata başlayıb. Təhlükəsizlik kameralarının görüntülərini incələyən hüquq-mühafizə orqanları liman sahilindən qaçaraq Malaqa parkındakı meşəlik əraziyə daxil olan cinayətkarların axtarışını davam etdirir.

Türk mafyayı İspanya'da vurdular

"Genç Fenerbahçeliler" (GFB) azarkeş qrupunun qurucularından olan Ümit Yalçının adı uzun illərdir müxtəlif ağır cinayət hadisələrində hallanır.

2016–2017-ci illərdə Bağçılar, Bağçılıqevlər, Güngörən və Zeytinburnu ərazisində narkotik ticarəti üstündə baş verən qarşıdurmada Yalçının yanında olan Orhan Korkmaz öldürülüb. Ardınca qatil U.L.-nin və 2017-ci ildə Orhan Korkmazın qardaşı Barış Korkmazın qətli ilə tərəflər arasında qan davası dərinləşib.

2019-cu ildə Yalçının cəzaçəkmə müəssisəsində olduğu halda narkotik şəbəkəsini idarə etdiyi müəyyən edilib. Keçirilən əməliyyatda onun qrupuna mənsub 44 nəfər saxlanılıb, zirehli jiletləri dəşə bilən xüsusi patronlar ələ keçirilib.

2021-ci ildə Yalçının qrupu ilə xaricə qaçan "Max" ləqəbli Mehmet Sabri Şirinin dəstəsi arasında narkotik bazarında hakimiyyət uğrunda qarşıdurma hazırlığı aşkar edilərək qarşısı alınıb.

Türk mafyayı İspanya'da vurdular

İstintaqlardan sonra 2024-cü ildə xaricə qaçan Yalçın 2025-ci ildə Egey və Avropa marşrutunda itən 600 kiloqram kokain hadisəsi ilə gündəmə gəlib. Onun beynəlxalq mafiya qrupu tərəfindən qaçırılaraq girov saxlandığı, işgəncə gördükdən sonra yaralı halda buraxıldığı bildirilir.

Məlumata görə, İspaniyadakı bu hadisədən əvvəl "Şirinlər", "Casperlar" və "Çirkinlər" qruplaşmaları ilə ittifaq quran Yalçın 2025-ci ilin avqustunda "Daltonlar" dəstəsinin rəhbərlərindən Caner Koçerin öldürülməsində təqsirləndirilir. Malaqadakı hücumun da məhz "Daltonlar" qruplaşması tərəfindən qisas məqsədilə təşkil edildiyi ehtimal olunur./Musavat.com/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki