ABŞ-ın Oreqon ştatının Portland şəhərində ictimai nəqliyyatda qeyri-adi hadisə baş verib.
Referans Media xəbər verir ki, iki keçi avtobus dayanacağına yaxınlaşaraq gözlənilmədən sərnişinlərlə birlikdə avtobusa minməyə çalışıb.
Maraqlı anlar ictimai nəqliyyatın müşahidə kameralarına düşüb. Keçilərin avtobusdakı səyahəti isə uzun çəkməyib. Sərnişinlərdən biri onları avtobusdan uzaqlaşdırıb.
Daha sonra dördayaqlı “sərnişinlər” yaxınlıqdakı ticarət mərkəzinin ətrafında görülüb. Bir müddət sonra isə keçilər gözdən itib./Globalinfo.az
