Hörmüz yalnız bu halda açılacaq – Rzayi

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ qarşısında irəli sürdüyü şərtləri yenidən açıqlayıb.

Bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi X-də bildirib.

Rzayi qeyd edib ki, Vaşinqton müharibəni və dəniz blokadasını dayandırmayana, İranın dondurulmuş aktivlərini azad etməyənə və regionda, o cümlədən Livan və Qəzzada atəşkəslə razılaşmayana qədər boğaz açılmayacaq.

O bildirib ki, İranın tələbləri tam şəkildə yerinə yetirilməyənədək Hörmüz boğazı bağlı saxlanılacaq./Globalinfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki