Ankara Rusiya ilə bağlı qərar verir

Türkiyə Rusiyanın Qara dəniz limanlarından neft alışını əhəmiyyətli dərəcədə azaldıb.

Referans Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Qeyd olunur ki, tədarükdə yaranan problemlərin əsas səbəblərindən biri Ukraynanın Rusiya neft terminallarına PUA hücumlarıdır.

“Reuters”in treyderlərin məlumatları və LSEG statistikasına istinadən yaydığı məlumata görə, Ankara iyul ayında Rusiya limanlarından təxminən 900 min ton neft alıb. Bu göstərici iyunda 1,2 milyon ton təşkil edib.

Məlumata görə, iyulda Qara dənizdə Rusiya terminallarına hücumların intensivləşməsi Xəzər Boru Kəməri Konsorsiumu (CPC) vasitəsilə ixracın müvəqqəti dayanmasına səbəb olub. Novorossiysk limanından daşımaların da qeyri-sabit olduğu bildirilir.

Türkiyənin avqust ayında Rusiyadan neft idxalını daha da azaltmağı planlaşdırdığı qeyd olunur. Bu isə Qara dənizdəki təhlükəsizlik vəziyyətinin regionun enerji tədarükünə təsirini artırdığını göstərir./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki