Türkiyə Futbol Federasiyası (TFF) Superliqanın 1-ci həftəsində oynanılacaq üç matçını təxirə salıb.
Referans xəbər verir ki, bu barədə TFF məlumat yayıb.
Bildirilib ki, “Fənərbağça” – “Alanyaspor”, “Kayserispor” – “Beşiktaş” və “Fatih Karagümrük” – “Başakşəhər” matçlarının tarixləri dəyişdiriləcək.
Buna səbəb klubların avrokuboklarda çıxış etmələridir.
Qeyd edək ki, “Fənərbağça” klubu UEFA Çempionlar Liqasının, “Beşiktaş” və “Başakşəhər” isə UEFA Konfrans Liqasının III təsnifat mərhələsində mübarizə aparırlar./Globalinfo.az