Bakıda avtoxuliqanlıq edən xanım sürücü saxlanılıb.
Referans Media Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə gecə saat 01.15-də Bakı şəhəri, Səbail rayonu Dövlət Bayrağı meydanı ərazisində baş verib.
2005-ci il tarixdə Rusiya Federasiyasında anadan olan Azərbaycan Respublikasının vətəndaşı İbayeva Ellada Elnurovna həmin ərazidə idarə etdiyi "KİA Rio" minik markalı, "OA" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə digər şəxslərin gözü qarşısında təkərlərin yolun səthi ilə sürtülməsi nəticəsində səslərin çıxarılmasına səbəb olan hərəkətlər edib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb. Ellada İbayeva etidiyi əməlin qanunsuz olduğunu bilmədiyini və peşman olduğunu bildirib.
Məhkəmənin hökmü ilə İnzibati xəta törətmiş Ellada İbayeva nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 500 manat məbləğində cərimə edilib.
