BDU-nun 97 yaşlı əməkdaşı KİMDİR? -FOTO

58 ildir (1968-ci ildən bəri) BDU-nun Dövlət və hüquq nəzəriyyəsi kafedrasının müdiri olan Məsumə Məlikovanın bu gün 97 yaşı tamam olur.

Referans Media Unikal.az-a istinadən xəbər verir ki, hüquq elmləri doktoru, professor Məsumə Məlikova 22 noyabr 1929-cu ildə Bakı şəhərində dünyaya göz açıb. 1952-ci ildə BDU-nun Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Ali təhsilini başa vuran M.Məlikova elə o vaxtdan BDU-nun Hüquq fakültəsinin Dövlət hüququ kafedrasında müəllim vəzifəsində saxlanılıb.


M.Məlikova 1974-cü ildə professor elmi adını alıb, 1989-cu ildə isə AMEA-nın müxbir üzvü seçilib.


Alim “Azərbaycan Respublikasının Əməkdar hüquqşünası” fəxri adı, “Şərəf nişanı” və “Şöhrət” ordenləri, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalı və çox sayda fəxri fərmanlarla təltif olunub.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki