Gədəbəy şəhər İlham Əliyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Vəfa Abbaslı yeni vəzifəyə təyin olunub.
Referans Media xəbər verir ki, bu barədə məktəbin rəsmi sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Bildirilib ki, Vəfa Abbaslı Gədəbəy rayonu Novosaratovka kənd tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə təyin edilib.
Məktəbin kollektivi Vəfa Abbaslını yeni vəzifəsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb./Redaktor.az/
