Ümumdünya Şahmat Olimpiadası: Millilərimiz bu gün sonuncu oyunlarını keçirəcək

Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında bu gün sonuncu görüşlərini keçirəcəklər.

Referans Media xəbər verir ki, kişilərdən ibarət yığma XI turda Serbiya ilə üz-üzə gələcək.

Qadınlar İrandan olan rəqibləri ilə qarşılaşacaq.

Kişilərdən ibarət kollektiv 10 turdan sonra 15 xalla 7-ci, qadınlar 13 xalla 23-cü pillədə qərarlaşıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki