Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına start verildi

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin əsas yürüşü start götürüb.

Referans Media xəbər verir ki, yarış saat 15:00-da başlayıb və 17:00-dək davam edəcək.

Pilotlar start düzülüşünə sıralama turunun nəticələrinə əsasən çıxıblar.

Yarışa birinci sıradan “Mercedes” komandasının pilotu Corc Rassell başlayıb. İkinci pillədə “Ferrari” komandasının sürücüsü Şarl Lekler, üçüncü sırada isə “McLaren” komandasının təmsilçisi Oskar Piastri qərarlaşıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki