Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır

Futbol üzrə Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında mübarizəyə başlayacaq.

Referans Media xəbər verir ki, D Divizionunda çıxış edən yığma 2-ci qrupun ilk matçında Litva seçməsinin qonağı olacaq.

Kaunas şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Qarşılaşmanı Kiprdən olan FIFA referisi Menelaos Antoniu idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi qrupda ikinci oyununu oktyabrın 1-də Bakıda Lixtenşteynə qarşı keçirəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki