Uşaqların hüquqlarının qorunması və onların sağlam, təhlükəsiz mühitdə böyüməsi hər bir cəmiyyətin əsas prioritetlərindən biridir. Bəzən valideynlər övladlarının fiziki və ya mənəvi inkişafına ciddi zərər yetirən davranışlar sərgilədikdə, onların valideynlik hüquqlarının məhdudlaşdırılması və ya tamamilə əlindən alınması zərurəti yaranır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2025-ci il üzrə hesabatına əsasən, 2024-cü ildə bu əsaslarla 73 nəfər valideynlik hüququndan məhrum edilib, 8 nəfərin isə valideynlik hüquqları məhdudlaşdırılıb.
Qanunvericiliyə əsasən, hansı hallarda ata və ya ana valideynlik hüququndan məhrum oluna bilər? Bu sahədə qanunvericilikdə hansı yeniliklərə ehtiyac var? Mövzuyla bağlı vəkil Aytən Quliyeva REFERANS-ın suallarını cavablandırıb.
Aytən Quliyeva qeyd edib ki, qanunvericilikdə valideynlik hüquqlarından məhdudlaşdırma və valideyinlik hüquqlarından məhrum etmək ayrı-ayrı anlayışlardır. Hər iki məsələ ailə məcələsinin hüquqları əsasında təyin edilir. Deməli valideynlik hüquqlarından məhrum etmə o zaman olur ki, valideyn valideynlik vəzifələrini yerinə yetirmir, valideynlik hüquqlarından sui-istifadə edir və yaxud uşaq doğulduqdan sonra onu əsaslı səbəb olmadan doğum evindən götürmür, alimenti ödəmir, uşağa qarşı zorakı hərəkətlər və uşağa qarşı cinayət törədirsə o zaman digər valideyn ərizə verərək məhkəməyə müraciət eləyə bilər. Yaxud bildiyimiz kimi müvafiq icra hakimiyyətləri orqanlarının tərkibində müəyyən qəyyumluq və idarə etmə orqanları var. Bu onu göstərir ki, valideyn qeyd olunan orqanlarada müraciət eləyə bilər. Uşaqların hüquqlarının həyata keçirilməsi ilə bağlı orqanlar var burda məhkəməyə müraciət edən valideyinin müraciətinə baxılır. Qanunvericilikdə nəzərdə tutulmuş məsələlərə əsas varsa o zaman valideyinin valideynlik hüquqlarından məhrum edilməsi baş verə bilər. Müəyyən müddət keçdikdən sonra valideyinin həyat tərzi onun uşağın tərbiyəsinə münasibəti və yaxud əxlaqı və.s.
Vəkil bildirib ki, bu məsələlər qaydasına düşdükdən sonra valideynlik hüququndan məhrum edilmiş şəxs müraciət eləyə bilər və məhkəmə yolu ilə bu məsələ bərpa edilə bilər. Qeyd olunan nüanslar valideynlik hüququndan məhrum edilmək üçündür.
Daha sonra müsahibimiz bildirib ki, valideynlik hüquqlarının məhdudlaşdırılması fərqli anlayışdır. Bu halda uşağın mənafeyi nəzərə alınır və bəzən valideynlərdə uşaqların onlarda qalması üçün özlərindən asılı olmayan səbəblər olur. Məsələn valideyn hər hansı bir psixi pozğunluqdan əziyyət çəkir və yaxud xroniki xəstəlikdən əziyyət çəkirsə və bu hallar uşağın həyatı üçün təhlükə yaradırsa bu zaman valideynlik hüquqlarından məhdudlaşdırmaya yol verilir. Həmin zamanda valideyinin davranışları uşaq üçün təhlükəli olmalıdır. Burda qeyd olunan hallar aşkarlanarsa valideynlik hüquqlarından məhdudlaşdırmaya yol verilir.
“Əgər məhkəmə qətnaməsindən 6 ay keçdikdən sonra valideynlik hüququndan mədudlaşdırılmış şəxs öz davranışlarını dəyişmirsə qəyyumluq himayədarlıq orqanları uşağın hüquqlarını nəzərə aldıqdan sonra valideynlik hüququndan məhdudlaşdırılmış şəxs valideyinlik hüququndan məhrum edilməsi ilə bağlı iddia qaldırmalıdır. Bunu qanunvericilik birbaşa göstərir. Valideyn qeyd olunan əsasları aradan qaldırırsa məhkəmə uşağın onlara qaytarılması ilə bağlı müvafiq qətnamə qəbul edə bilər”-,deyə Aytən Quliyeva əlavə edib.
Ləman Xalıqova
Referans.az
